Ziya Bünyadov prospektindəki yanğının söndürülməsinə 18 texnika və 70 nəfərlik qüvvə cəlb edilib
21 Yanvar 2026 14:22   Paylaş

Bakı şəhərinin Nərimanov rayonunda, Ziya Bünyadov prospektində yerləşən obyektdə baş vermiş yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən söndürmə işləri davam etdirilir.

"Stabil.az" bu barədə FHN-in mətbuat xidmətinə istinadən məlumat verib.

Məlumata görə, yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin ümumilikdə 18 vahid texnikası və 70 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.

Hadisə ilə bağlı əlavə məlumat veriləcəyi bildirilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol