Rusiya ordusu Kiyevə zərbə endirib, əsas körpü vurulub
Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə endirdiyi zərbələr nəticəsində şəhəri iki hissəyə ayıran Dnepr çayı üzərindəki əsas körpü vurulub.
"Stabil.az" xarici KİV-ə istinadən xəbər verir ki, zərbələr nəticəsində zədələnən körpü nəqliyyat üçün bağlanıb.
3-4 kilometrlik körpü hazırda yalnız piyadalar üçün açıqdır. Bununla belə, Rusiya ordusunun körpünü tamamilə məhv etmək üçün yaxın günlərdə həmin istiqamətə ballistik raket zərbələri endirəcəyi barədə xəbərdarlıq edilib.
Yaranmış vəziyyətlə əlaqədar Dneprin Kiyevdən keçən hissəsi üzərindəki digər iki körpüdən istifadəyə də məhdudiyyət qoyulub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





