“Real” Aleks Skottun transferi ilə maraqlanır
2 Oktyabr 2026 15:56   Paylaş

İspaniyanın “Real” klubu İngiltərənin “Bornmut” komandasının futbolçusu Aleks Skottla maraqlanır.

"Stabil.az" yerli mətbuata istinadən xəbər verir ki, paytaxt klubu 23 yaşlı yarımmüdafiəçini qış transfer dönəmində heyətinə qatmaq istəyir.

A.Skott 2023-cü ildən "Bornmut"da çıxış edir. Ötən mövsüm Premyer Liqada 34 matçda iştirak edən oyunçu cari mövsüm 6 oyunda bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək qüvvədədir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol