ABŞ Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərməyə hazırlaşır
Pentaqon Yaxın Şərqə üçüncü aviadaşıyıcı zərbə qrupu ilə yanaşı əlavə dəniz piyadaları qüvvələri göndərməyi planlaşdırır.
"Stabil.az" xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti ABŞ rəsmilərinə istinadla yazıb.
Məlumata görə, bu, bölgədəki ABŞ hərbi kontingentinin daha 9-10 min nəfər artırılması deməkdir. Gəmilərin, qırıcı təyyarələrin, dəniz piyadalarının və dənizçilərin noyabrın sonunadək bölgəyə çatacağı gözlənilir.
“Theodore Roosevelt” aviadaşıyıcısı sentyabrın 27-də San-Dieqodan yola düşüb. Hazırda “George H.W. Bush” və “George Washington” aviadaşıyıcıları da Yaxın Şərqdə yerləşdirilib.
Qəzetin məlumatına görə, “George Washington” bölgədə qalarsa, ABŞ aprel ayından bəri ilk dəfə burada eyni vaxtda üç aviadaşıyıcı zərbə qrupuna malik olacaq.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





