Yəmən ordusu husilərə qarşı hərbi əməliyyat keçirib
2 Oktyabr 2026 16:33   Paylaş

Yəmənin hökumət qüvvələri Sənada husilərin mövqelərinə, həmçinin ölkənin şimal-qərbindəki Səədə əyalətinə və cənub-qərbindəki Taiz əyalətinə zərbə endirib.

"Stabil.az" xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı Yəmən ordusunun nümayəndəsi Məcid ən-Nüzeylinin bəyanatına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, hökumət qüvvələri paytaxt Sənada mühüm hədəfləri vurub. Əlavə təfərrüatlar verilməyib.

M.Nüzeyli əlavə edib ki, hökumət qüvvələri həmçinin Səədə əyalətində 11 mühüm hədəfə zərbələr endirib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol