Ziya Bünyadov prospektindəki obyektdə baş verən yanğının söndürülməsi istiqamətində işlər davam edir
21 Yanvar 2026 13:27   Paylaş

Bakı şəhərinin Nərimanov rayonunda, Ziya Bünyadov prospektində yerləşən obyektdə baş vermiş yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Bu barədə "Stabil.az"a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, küləkli hava şəraiti yanğının söndürülməsi prosesini çətinləşdirsə də, ərazinin bütün perimetri üzrə alovlara qarşı intensiv müdaxilə həyata keçirilir.

Yanğının söndürülməsi məqsədilə əraziyə FHN-in kifayət qədər texnikası və şəxsi heyəti cəlb olunub.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol