“Zirə” portuqaliyalı futbolçu Da Silva Tavareşlə müqavilə imzalayıb
23 İyun 2026 17:49   Paylaş

Klub portuqaliyalı futbolçu Da Silva Tavareşlə müqavilə bağlayaraq heyətini gücləndirib.

"Stabil.az" xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb.

Klub Da Silva Tavareş Vieranı (Vierinya) heyətinə qatıb. Portuqaliyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

Qeyd edək ki, 29 yaşlı futbolçu daha əvvəl ölkəsinin "Feyrense", "Sanxoanense", "Salqeyruş", "Qondomar", "Akademiko Viseu", "Espinyo", "San Jo de Ver", "Beyra Mar" və Kiprin "Olimpiakos"(Nikosiya) klublarında çıxış edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol