Zimbabvedə Kariba gölündə bərə qəzası: 44 nəfər həyatını itirib
Zimbabvenin Kariba gölündə bərənin aşması nəticəsində azı 44 nəfərin öldüyü bildirilir.
"Stabil.az" xəbər verir ki, bu barədə ölkənin polisi "X" sosial şəbəkəsində bildirib.
Polis, xilas edilən, yaralanan və ölən sərnişinlər haqqında tam məlumatı hadisə yerindəki işlər başa çatdıqdan sonra yayacaq.
"ZBC News"un məlumatına görə, gəmidə təxminən 160 sərnişin olub, lakin gəmi yalnız 90 nəfər tutumunda imiş.
Qeyd olunub ki, 74 nəfəri xilas etmək mümkün olub, 75-i isə itkin düşmüş hesab olunur.
Xilasedicilər insanları qayıqlar və helikopterlər vasitəsilə axtarırlar.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





