Zəngilan dünya səyyahlarının diqqət mərkəzində
27 Mart 2026 12:16   27 Mar 2026 12:38 Paylaş

“NomadMania” klubunun təsisçisi Harry Mitsidisin rəhbərliyi altında səyyahlar növbəti dayanacaq kimi Zəngilana səfər ediblər.

"Stabil.az" AZƏRTAC-a istinadən Zəngilan səyyahların diqqət mərkəzindəxəbər verir ki, Zəngilan səfəri zamanı səyyahlar Horadiz-Ağbənd avtomobil yolu və dəmir yolunda gedən işlərlə tanış olacaqlar.

Qeyd edək ki, 2 günlük səfər çərçivəsində budəfəki heyətə 37 ölkədən 79 nəfər daxildir, bu isə sayca indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər edən dünya səyyahlarının ən böyük qrupudur.

“NomadMania” Yer kürəsini 1301 bölgəyə ayıraraq reytinq cədvəli müəyyən edir. Harry Mitsidis bu 1301 bölgənin hamısında artıqlaması ilə olmaqla, hazırda dünya üzrə I yerdə qərarlaşıb. “NomadMania” illik toplantısını da ilk dəfə Azərbaycanda keçirib.

Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması və aparılan genişmiqyaslı quruculuq, bərpa işləri ilə tanışlıq üçün müstəsna əhəmiyyət daşıyır.

Dünyanın əsas səyyah klublarının xətti ilə 2020-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzura 15 dəfə dünya səyyahlarının səfərləri təşkil edilib. Bu, sayca 16-cı səfərdir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol