Zelenski: Qara dənizdə Rusiyaya məxsus 2 tanker və 4 yük gəmisi vurulub
20 İyul 2026 13:27   Paylaş

Ukrayna Prezidenti Volodimir Zelenski Qara dənizdə Rusiyanın "kölgə donanması"na məxsus iki tankerə və dörd quru yük gəmisinə zərbələr endirildiyini təsdiqləyib.

"Stabil.az" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında məlumat yayıb.

"Qara dəniz akvatoriyasında "kölgə donanması"nın iki tankeri və dörd quru yük gəmisi vurulub", - V.Zelenski bildirib.

O, həmçinin Moskva regionundakı logistika obyektlərinə və neft bazasına yeni zərbələr endirildiyi barədə məlumat verib: "Pilotsuz Sistemlər Qüvvələrinin, kəşfiyyatın, raket qoşunları və artilleriyanın, eləcə də Xüsusi Əməliyyat Qüvvələrinin döyüşçülərinə təşəkkür edirəm. Sərhədimizdən hədəflərə qədər olan məsafə 400 kilometrdən çox təşkil edib".



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol