Zelenski: ABŞ–Ukrayna–Rusiya formatında görüşlər olacaq
22 Yanvar 2026 22:00   23 Jan 2026 02:42 Paylaş

Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü ABŞ, Ukrayna və Rusiya arasında Birləşmiş Ərəb Əmirliklərində ikigünlük üçtərəfli görüşlərin keçiriləcəyini elan edib.

"Stabil.az" xəbər verir ki, o, görüşün Amerika danışıqlar qrupunun Moskvaya səfərindən sonra baş tutacağını bildirib.

“Ruslar kompromislərə hazır olmalıdırlar, çünki təkcə Ukrayna deyil, hamı hazır olmalıdır və bu, bizim üçün vacibdir”, -deyə Zelenski Davosda çıxışı zamanı vurğulayıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol