Zakir Həsənov Gürcüstanın müdafiə naziri İrakli Çikovani ilə görüşüb
1 İyun 2026 16:02   01 Jun 2026 16:32 Paylaş

Gürcüstana səfər edən Azərbaycanın müdafiə naziri Zakir Həsənov bu ölkənin müdafiə naziri İrakli Çikovani ilə görüşərək əməkdaşlığın yeni istiqamətləri barədə fikir mübadiləsi aparıb.

"Stabil.az" xəbər verir ki, protokola uyğun olaraq, təntənəli qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovul dəstəsinin önündən keçiblər. Hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

General-polkovnik Z.Həsənov bir çox sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələrimizin davamlı olaraq inkişaf etdiyini qeyd edib.

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevin də iştirak etdiyi görüşdə tərəflər hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıqların yeni perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində nümayəndə heyəti Tbilisi şəhərində yerləşən Qəhrəmanlar Memorialını və Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət edib, abidələrin önünə əklillər qoyub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol