Zakir Həsənov Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb
Azərbaycanın müdafiə naziri Zakir Həsənov Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə regional məsələləri müzakirə edib.
"Stabil.az" xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin administrasiyası məlumat yayıb.
Görüşdə ikitərəfli, regional və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub.
Gürcüstanla Azərbaycan arasında müdafiə sahəsində strateji tərəfdaşlığın və əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb.
Tərəflər regionda sülh və sabitliyin vacibliyinə xüsusi diqqət yönəldiblər.
Görüşdə Gürcüstan Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani də iştirak edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




