"Yuventus" Kerim-Sem Alaybeqoviçin transferi üzrə razılığa gəlib
İtaliyanın "Yuventus" klubu Almaniyanın "Bayer 04" komandasında çıxış edən hücumçu Kerim-Sem Alaybeqoviçin transferini razılaşdırıb.
"Stabil.az" insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, keçidin ümumi dəyəri bonuslar da daxil olmaqla 35 milyon avro təşkil edəcək.
Məbləğin 33 milyon avrosu sabit ödəniş, 2 milyonu isə müxtəlif bonuslar şəklində nəzərdə tutulub.
Bosniya və Herseqovinadan olan futbolçu 2025-ci ilin yayında "Bayer 04"ün gənclər komandasından "Zaltsburq"a (Avstriya) keçib. O, ötən mövsüm bütün turnirlərdə keçirdiyi 44 matçda 13 qol vurub və 4 məhsuldar ötürmə edib,. Bundan sonra Almaniya təmsilçisi hücumçunu geri alıb.
Qeyd edək ki, Kerim-Sem Alaybeqoviç DÇ-2026-da milli komandasının heyətində keçirdiyi 4 matçda 1 qolla yadda qalıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





