Yunanıstan Bolqarıstanı İran təhlükəsindən qorumaq üçün “Patriot” sistemi göndərəcək
6 Mart 2026 17:13   Paylaş

Bolqarıstanı İran təhdidindən qorumaq məqsədilə Yunanıstan “Patriot” sistemini şimal bölgəyə göndərmək qərarı alıb.

"Stabil.az" xəbər verir ki, bu barədə Yunanıstan KİV məlumat yayıb.

Bu barədə bəyanatı Yunanıstanın müdafiə naziri Nikos Dendias bolqarıstanlı həmkarı Atanas Zapryanovla telefon danışığından sonra verib.

"Bolqarıstan tərəfinin müvafiq sorğusuna əsasən, Yunanıstan Bolqarıstanın müdafiəsi üçün vasitələr və heyət göndərəcək", – Yunanıstan Müdafiə Nazirliyinin rəhbəri bildirib.

"Patriot" batareyasından başqa, Yunanıstan Bolqarıstanın əlavə mühafizəsini təmin etmək üçün iki F-16 qırıcısını öz ərazisinin şimalına yerləşdirəcək, həmçinin Hərbi Hava Qüvvələrinin iki yüksək rütbəli zabitini Bolqarıstan Silahlı Qüvvələrinin Sofiyadakı əməliyyat mərkəzinə göndərəcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol