Yunanıstan 15 yaşdan kiçiklərin sosial şəbəkələrdən istifadəsinə qadağa qoyur
3 Fevral 2026 18:50   Paylaş

Yunanıstan hökuməti 15 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsini qadağan etməyi planlaşdırır.

"Stabil.az" xəbər verir ki, bu barədə Yunanıstandan olan anonim hökumət rəsmisi “Reuters” agentliyinə məlumat verib.

Qeyd edək ki, oxşar təşəbbüs daha əvvəl İspaniyada da irəli sürülmüş, ölkə Baş naziri Pedro Sançez 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulacağını açıqlamışdı.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol