Yunan-Roma güləşi üzrə Azərbaycan millisi komanda hesabında Avropa çempionu olub
Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında 2 qızıl və 3 bürünc medal əldə edən yunan-Roma güləşi üzrə Azərbaycan komandası 133 xalla komanda hesabında Avropa çempionu adını qoruyub.
"Stabil.az" xəbər verir ki, Türkiyə (121) ikinci, Gürcüstan (118) isə üçüncü yeri tutub.
Millinin heyətində Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




