YouTube-da monetizasiya şərtləri sərtləşdirilib
YouTube-da monetizasiyaya qoşulmaq üçün kanalların 1 000 abunəçi ilə yanaşı adi videolarda 4 000 saat, Shorts videolarında isə 10 milyon baxış toplaması tələb olunur.
"Stabil.az" TechCrunch portalına istinadən xəbər verir ki, yeni qaydalarla bu tələblərin iki dəfə artırılması nəzərdə tutulur.
Beləliklə, monetizasiya proqramına qoşulmaq üçün adi videolar üzrə illik baxış müddəti 8 min saata, Shorts videoları üzrə isə son 90 gün ərzində tələb olunan baxış sayı 20 milyona çatdırılacaq.
Bununla yanaşı, YouTube qısa videolardan əldə olunan gəlirlərin bölüşdürülməsi qaydasında da dəyişiklik edəcək. Fevralın 1-dən etibarən Shorts videolarında reklam və Premium abunəliklərindən əldə olunan gəlir yalnız son 90 gün ərzində ən azı 10 milyon baxış toplamış kanallara ödəniləcək. Bu göstərici müəyyən edilmiş həddən aşağı düşərsə, müəllif proqramda qalacaq, lakin gəlir əldə etmək imkanını yalnız uzun videolar üzrə saxlayacaq.
Müəlliflərə dəstək məqsədilə YouTube Premium Lite abunəliyinin əhatə dairəsini də genişləndirib. Reklamların tamamilə aradan qaldırılmadığı, lakin adi istifadəyə nisbətən daha az göstərildiyi bu abunə növü artıq standart Premium xidmətinin mövcud olduğu bütün ölkələrdə əlçatandır. Müəlliflər baxış sayı və izləmə müddətindən asılı olaraq Premium Lite-dan əldə olunan gəlirlərdən də pay ala biləcəklər.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





