“Yonhap”: Cənubi Koreya Şimali Koreya ilə hərbi gərginliyi azaltmağa çalışır
Cənubi Koreya Prezidenti Li Çje Myon Şimali Koreya ilə hərbi gərginliyi azaltmaq üçün ardıcıl şəkildə praktiki yollar axtaracağını bildirib.
"Stabil.az" bu barədə "Yonhap" agentliyinə istinadən xəbər verir.
Bəyanat Şimali Koreyanın iki ölkə sərhədində minalarının partladılması nəticəsində yaranan son gərginlikdən sonra verilib.
"Koreyalararası münasibətlərdəki düyünlər son dərəcə mürəkkəbdir, lakin biz onları bir-bir açmaq üçün davamlı və səbirlə çalışacağıq", - nəşr dövlət başçısının Silahlı Qüvvələr Günü münasibətilə Kendedə hərbi qərargahda keçirilən mərasimdə sözlərini sitat gətirib.
Ötən həftə Şimali Koreya sərhədçiləri tərəfindən yerləşdirildiyi iddia edilən iki mina iki ölkənin sərhədindəki silahsızlaşdırılmış zonada naməlum səbəbdən partlayıb. Nəticədə Cənubi Koreyanın 3 əsgəri yaralanıb.
Şimali Koreya hakimiyyəti baş verənləri cənub qonşusunun təxribatı adlandırıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





