Yenidən qurulmuş Horovlu kəndində qış görüntüləri
21 Yanvar 2026 16:40   Paylaş

İşğaldan azad olunan Cəbrayıl rayonunun Horovlu kəndinin sakinləri illər sonra doğma kəndlərində ilk qar sevincini yaşayıblar.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, Şərqi Zəngəzur bölgəsində davam edən qarlı hava Horovlu kəndində də gözəl mənzərələr yaradıb.

Qeyd olunur ki, Azərbaycan dövləti tərəfindən yenidən bərpa olunan kəndin ümumi sahəsi 248 hektardır. Birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi ev tikilib. Evlər 2-dən 5-ə qədər otaqlı və müasir kommunikasiya şəbəkəsi ilə – su, işıq, qaz, Günəş panelləri və yüksək sürətli internetlə təmin olunub. Kənddaxili yollar asfaltlanıb.

Əlavə olaraq, kənddə 624 şagird yerlik məktəb, 220 yerlik körpələr evi-uşaq bağçası, ikimərtəbəli inzibati bina, bazar kompleksi, çoxfunksiyalı iaşə obyektləri, tibb məntəqəsi və idman-sağlamlıq mərkəzi inşa edilib. Tarixi “Əsgər”, “Şığı”, “Orta”, “Gülqasım” və “Xəlifə” kəhrizləri bərpa olunub. Horovlu kəndində 4,4 hektar sahədə park kompleksi salınıb və Bayraq meydanından bazar kompleksinə qədər gəzinti yolları təşkil edilib. 3,1 hektar yaşıllıq ərazisində zeytun, çinar və Eldar şamı ağacları əkilib.

Horovlunun qış mənzərələrini təqdim edirik.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol