Yeni Zelandiyanın cənubunda 6 bal gücündə zəlzələ baş verib
10 İyun 2026 09:07   Paylaş

Yeni Zelandiyanın cənubunda güclü zəlzələ qeydə alınıb.

"Stabil.az" xarici mediaya istinadla xəbər verir ki, bu barədə Avstraliya Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Cənubi Sakit okeanda, Oklend adaları bölgəsində, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi barədə heç bir məlumat verilməyib.

Oklend adaları, Yeni Zelandiyanın ən cənub məskunlaşmış hissəsi olan Stüart adasından 400 km cənubda yerləşən yaşayış olmayan bir arxipelaqdır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol