Yeni Zelandiya Rusiyaya qarşı sanksiyaları artırdı: gəmi, şirkət və şəxslər hədəfdə
20 Fevral 2026 14:27   Paylaş

Avropa İttifaqının qərarından sonra Yeni Zelandiyanın hakimiyyət orqanları Rusiyaya qarşı sanksiyaları genişləndirib. Yeni siyahıda 100 gəmi, 13 şirkət və 23 şəxs yer alıb, Rusiya neftinə qiymət tavanı tətbiq edilib.

"Stabil.az" xəbər verir ki, bu barədə Yeni Zelandiyanın Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş bəyanatda deyilir.

Məlumata görə, Rusiya neftinin bareli üçün qiymət tavanı 47,6 dollardan 44,1 dollara endirilib. Sənəddə, həmçinin fevralın 20-də sanksiya siyahısına 23 şəxsin, 13 şirkətin və “kölgə donanması”na aid 100 gəminin əlavə edildiyi qeyd olunur.

Bu arada, Avropa İttifaqı tezliklə Rusiya neftinin daşınması xidmətlərini tamamilə qadağan etməyi planlaşdırır. Lakin bəzi üzv ölkələr indiyədək buna razılıq verməyib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol