Yeni ciu-citsu zalı gənclər və idman naziri tərəfindən istifadəyə verilib
Bakıda “JGBJJ Academy Azerbaijan” ciu-citsu zalının açılış mərasimi keçirilib.
"Stabil.az" Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, açılışda gənclər və idman naziri Fərid Qayıbov iştirak edib. Nazir zal ilə tanış olub, yaradılan şərait barədə məlumat alıb və idmançıların nümunəvi çıxışlarını izləyib.
Yeni istifadəyə verilən zal eyni vaxtda üç qrupun məşq keçməsi üçün nəzərdə tutulub. Ümumi sahəsi 480 kvadratmetr olan zalda məşqlər üçün müasir tələblərə uyğun şərait yaradılıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





