Yəməndə döyüşlər: Husilər 800 nəfəri əsir götürüb
15 Sentyabr 2026 09:08   15 Sep 2026 10:50 Paylaş

Yəmənin cənub-şərqində hökumət qüvvələri ilə toqquşmalar zamanı husilər təxminən 800 nəfəri əsir götürüblər.

"Stabil.az" xəbər verir ki, bu barədə Husilərin Hərbi Əsirlər Komitəsinin rəhbəri Əbdül Qadir Mortada bildirib.

Onun sözlərinə görə, əsirlər Qırmızı dənizin qərb sahilində keçirilən hərbi əməliyyat zamanı götürülüb.

Mortada, həmçinin bildirib ki, Husilərin Ali Siyasi Şurasının sədri Mehdi əl-Məşat silahlarını yerə qoyaraq evlərinə qayıdanlar üçün ümumi əfv elan edib.

O, Yəməndə münaqişənin həlli və blokadanın aradan qaldırılması istiqamətində ərəb ölkələrinin təşəbbüslərini dəstəklədiklərini qeyd edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol