Yaxın Şərqdən 200 nəfərədək Azərbaycan vətəndaşı təxliyə olunur
AZAL-ın xüsusi reysi ilə Omandan Azərbaycana 195 Azərbaycan vətəndaşı, 1 Türkiyə vətəndaşı və 2 xarici vətəndaş təxliyə edilir.
"Stabil.az"ın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Yaxın Şərqdə müharibə vəziyyəti ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi və Dubay şəhərlərində qalmış vətəndaşların Azərbaycana növbəti təxliyəsi həyata keçirilib.
"Son bir neçə gün ərzində Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Səfirliyimizin və Dubay şəhərindəki Baş konsulluğumuzun müvafiq səyləri nəticəsində ölkəmizə geri qayıtmaq niyyətində olan vətəndaşlarımızın siyahıya alınması həyata keçirilib. Daha sonra, vətəndaşlarımız diplomatik nümayəndəliklərimiz tərəfindən ayrılmış xüsusi avtobuslarla Omandakı Səfirliyimizin də əlaqələndirməsi ilə Oman hava limanına aparılıb və Azərbaycan Hava Yollarının xüsusi təyyarə reysi ilə Azərbaycana yola salınıb".
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





