Yaxın Şərqdəki qarşıdurma Hörmüz boğazından enerji daşımalarını kəskin azaldıb
Fevralın 28-də başlayan münaqişə Hörmüz boğazından enerji daşımalarına ciddi təsir göstərib və həcmlər münaqişədən əvvəlki səviyyənin 10 faizindən azdır.
"Stabil.az" xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) məlumat yayıb.
Bildirilir ki, hazırkı vəziyyət regiondakı operatorları hasilatı əhəmiyyətli dərəcədə dayandırmağa və ya məhdudlaşdırmağa məcbur edir. Hörmüz boğazından savayı neft axınları üçün isə seçimlər çox məhduddur. IEA Katibliyi qlobal neft-qaz bazarlarını yaxından izləməyə və lazım olduqda üzv ölkələrə tövsiyələr verməyə davam edəcək.
Xatırladaq ki, 2025-ci ildə Hörmüz boğazından gündəlik orta hesabla 20 milyon barel xam neft və neft məhsulları daşınıb. Bu göstərici də qlobal miqyasda dəniz yolu ilə neft ticarətinin təxminən 25 faizini təşkil edir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





