Yaxın Şərqdəki gərginlik D-8 sammitinin təxirə salınmasına səbəb olub
Yaxın Şərqdə davam edən gərginlik səbəbindən D-8 ölkələrinin 12-ci sammiti ertələnib.
"Stabil.az" Çinin Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmisi məlumat yayıb. Bildirilib ki, sammitin əvvəlcə 13-15 aprel tarixlərində Cakartada keçirilməsi planlaşdırılsa da, hazırda təxirə salınıb. Nazirliyin departamentinin baş direktoru Tri Taryat sammit üçün hələlik yeni tarixin müəyyən edilmədiyini söyləyib.
Qeyd edək ki, 1997-ci ildə yaradılan D-8 təşkilatına Misir, Türkiyə, İran, İndoneziya, Malayziya, Pakistan, Nigeriya və Banqladeş üzv olub. Azərbaycan isə 2024-cü ildə Misirdə keçirilən 11-ci zirvə toplantısında təşkilata yeni üzv kimi qoşulub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





