Yaxın Şərqdə qalan Azərbaycan vətəndaşlarının bir hissəsi ölkəyə təxliyə edilib
Martın 4-də Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar olaraq uçuşları ləğv olunmuş ölkə vətəndaşlarının Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilib.
"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, AZAL-a məxsus “Boeing 787 Dreamliner” təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. Təxliyə reysi ilə ümumilikdə 200-dən çox vətəndaşın ölkəyə qayıdışı təmin olunub.
Hazırda AZAL ölkənin milli aviadaşıyıcısı olaraq müvafiq qurumlar tərəfindən müəyyən edilmiş prosedurlara uyğun şəkildə reyslərin təhlükəsiz və planlı icrasını həyata keçirir.
Qeyd edək ki, növbəti günlərdə Yaxın Şərqin digər istiqamətlərindən Bakıya əlavə təxliyə reyslərinin həyata keçirilməsi planlaşdırılır.




Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




