Yaxın Şərq üzərindən uçuşlar dayandırıldı: KLM və Air France qərar verdi
Niderlandın KLM və Fransanın “Air France” aviaşirkətləri Yaxın Şərq ölkələri üzərindən uçuşları müvəqqəti dayandırıb.
"Stabil.az" xəbər verir ki, bu barədə “NU.nl” və “N12” portalları məlumat yayıb.
Məlumata əsasən, KLM İran, İraq və İsrail də daxil olmaqla Yaxın Şərq regionu üzərindən uçuşları həyata keçirmir. Dubay, Ər-Riyad, Dammam və Təl-Əviv istiqamətlərində bir sıra reyslər ləğv edilib və ya müvəqqəti olaraq təxirə salınıb. Aviaşirkət qərarın sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyinin təmin olunması məqsədi daşıdığını bildirib və vəziyyətdən asılı olaraq yenidən nəzərdən keçiriləcəyini qeyd edib. KLM-in açıqlamasında vurğulanır ki, bu məhdudiyyətlər mövcud geosiyasi vəziyyətlə əlaqədar tətbiq olunub.
“Air France” aviaşirkəti də oxşar qərar qəbul edərək region üzərindən uçuşları dayandırıb.
Niderlandın xarici işlər naziri David van Vil “NPO 2” telekanalına müsahibəsində KLM-in bu addımının bölgədə hərbi qüvvələrin artırılması və ABŞ-ın mümkün addımları ilə bağlı qeyri-müəyyənlik fonunda atılmış ola biləcəyini bildirib.
Nazir qeyd edib: “Bunun dəqiq səbəbini təsdiqləyə bilmərəm. Lakin vəziyyət kifayət qədər gərgindir, hərbi güc artırılır. ABŞ hər hansı addım atacağı təqdirdə, hamını əvvəlcədən məlumatlandırmaya bilərdi. KLM də bu kontekstdə mövcud riskləri qiymətləndirir.”
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





