Yaponiyanın sabiq baş nazirini öldürən şəxs ömürlük həbs cəzası alıb
21 Yanvar 2026 10:30   21 Jan 2026 10:41 Paylaş

aponiya məhkəməsi ölkənin sabiq Baş naziri Şinzo Abenin qətlində ittiham olunan Tetsuya Yamaqamini ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

"Stabil.az" Yaponiya mediasına istinadla xəbər verir ki, Nara şəhərində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs sabiq Baş naziri əldə düzəltmə odlu silahla qətlə yetirdiyini etiraf edib.

Prokurorlar müttəhimi ömürlük həbs cəzasına məhkum edilməsini tələb edərək, onun hərəkətini ölkənin müharibədən sonrakı tarixində görünməmiş cinayət adlandırıblar.

Məhkəmədə Yamaqami bildirib ki, anasının dini qrupa etdiyi böyük ianələr səbəbindən ailəsi ciddi maddi itkilərə uğrayıb və ümumi ödəniş 100 milyon yen (təxminən 633 min ABŞ dolları) təşkil edib. Bu, onda həmin qrupa qarşı böyük nifrət yaradıb və onun qənaətinə görə, Şinzo Abe həmin qrupla əlaqəli olub.

Xatırladaq ki, Yaponiya hökumətinə ən uzun müddət rəhbərlik etmiş sabiq Baş nazir Şinzo Abe 2022-ci il iyul ayında Nara şəhərində parlamentin yuxarı palatasına seçkilərlə bağlı təşkil olunmuş küçə mitinqində çıxış edərkən qətlə yetirilib. Hadisə zamanı polis T. Yamaqami hadisə yerində həbs edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol