Yaponiyanın hava limanlarında qasırğa səbəbindən yüzlərlə aviareys ləğv edilib
Yaponiyada müşahidə olunan qasırğa əsasən Okinava və Kaqosima hava limanlarında 470-ə yaxın reysin ləğvinə səbəb olub.
"Stabil.az" xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Avqustun 8-nə həmin prefekturaların hava limanlarından yola düşən 320-dən çox reysin ləğv edildiyi artıq təsdiqlənib. Bundan başqa, avqustun 9-da Naha hava limanına gələn və ya oradan yola düşən reyslər də daxil olmaqla üç reys ləğv edilib.
Aviaşirkətlər ləğv edilmiş reyslərin sayının arta biləcəyini istisna etmirlər.
Ölkənin meteorologiya xidməti xəbərdarlıq edib ki, qasırğa Okinava və Amami adalarına yaxınlaşır. Bəzi rayonlarda 4-cü səviyyəli təhlükə xəbərdarlığı elan olunub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





