Yaponiyada zəlzələ qurbanlarının sayı 18 nəfərə yüksəlib
Yaponiyanın cənub-qərbində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.
"Stabil.az" xəbər verir ki, bu barədə "İnterfaks" "Associated Press"ə istinadən məlumat yayıb.
Ən azı 62 nəfər xəsarət alıb, onlardan altısının vəziyyəti ağırdır.
Xilasedicilər və hərbçilər axtarış-xilasetmə işləri həyata keçirirlər, qurbanların sayının arta biləcəyi istisna edilmir.
Yaponiyada təxminən 40 min insan elektrik enerjisiz, 9,5 min ev isə qazsız və rabitəsiz qalıb. 9 mindən çox insan evlərini tərk edib, hazırda onlar müvəqqəti sığınacaqlarda yerləşdiriliblər.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





