Yaponiyada zəlzələ olub
16 İyun 2026 17:53   Paylaş

Yaponiyanın paytaxtı Tokionun yaxınlığındakı İbarakı prefekturasında 5,5 bal gücündə zəlzələ baş verib.

"Stabil.az" Yaponiya mediasına istinadla xəbər verir ki, yeraltı təkan paytaxt Tokio ilə yanaşı, şəhərin şimalında yerləşən Qunma və Saytama prefekturalarında da hiss edilib.

Yaponiya Meteorologiya Agentliyi 5,5 bal gücündə olan zəlzələnin episentrinin yer səthindən 50 kilometr dərinlikdə yerləşdiyini açıqlayıb. Sunami riskinin olmadığı bildirilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol