Yaponiyada ticarət mərkəzində partlayış: ölənlər və itkin düşənlər var
28 İyul 2026 17:48   Paylaş

Yaponiyanın Kumamoto prefekturasında "Aeon Mall" ticarət mərkəzində baş verən partlayış nəticəsində bir neçə nəfər ölüb, 10 nəfərin taleyi isə məlum deyil.

"Stabil.az" xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Həmçinin 10 nəfərin itkin düşdüyü bildirilir.

Yanğınsöndürənlərin məlumatına görə, çoxlu sayda insan binada köməksiz vəziyyətdə qalıb.

Yaponiyanın Kumamoto prefekturasının Kaşima şəhərində yerləşən "Aeon Mall" ticarət mərkəzində baş verən partlayışdan sonra ən azı 200 nəfər avtomobil dayanacağına təxliyə edilib.

"Stabil.az" xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Yerli yanğınsöndürənlərin məlumatına görə, partlayış nəticəsində bir neçə nəfər yaralanıb və xəstəxanaya çatdırılıb.

Bundan başqa, bir çox insan binanın daxilində köməksiz vəziyyətdə qalıb. Ticarət mərkəzindəki bəzi mağazaların sahibləri bir neçə əməkdaşın itkin düşdüyünü bildiriblər.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol