Yaponiyada hərbi təlim zamanı tank partladı, itkilər var
Yaponiyanın Oita prefekturasında yerləşən Hidzyuday poliqonunda Özünümüdafiə Qüvvələrinin atış təlimi zamanı tankın partlaması azı üç hərbçinin ölümü ilə nəticələnib.
"Stabil.az" xəbər verir ki, bu barədə "Fuji TV" məlumat verib.
Qeyd olunub ki, iki hərbçinin öldüyü təsdiqlənib, digəri isə ürək-ağciyər dayanması vəziyyətindədir.
Yaponiyada klinik ölüm üçün istifadə olunan bu termin qanunla yalnız tibb işçiləri tərəfindən təsdiqlənə bilər, xilasedicilər tərəfindən yox.
Digər bir qadın əsgər xəstəxanasına aparılıb. "TBS"in məlumatına görə, atış təlimi zamanı silahda mərmi partlayıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




