Yaponiyada güclü qar 42 nəfərin həyatına son qoydu
6 Fevral 2026 09:51   Paylaş

Yaponiyanın şimal bölgələrində və Yapon dənizi sahillərində yanvarın 20-dən etibarən müşahidə olunan güclü qar yağışı nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb.

"Stabil.az" xarici mediaya istinadla xəbər verir ki, qış mövsümünün əvvəlindən bəri qarla əlaqədar həlak olanların ümumi sayı 65 nəfərdir. Məlumata görə, güclü qar yağması nəticəsində 444 nəfər xəsarət alıb, onlardan 156-nın vəziyyəti ağır qiymətləndirilir.

Bildirilir ki, güclü qar bir sıra prefekturalarda hələ də davam edir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol