Yaponiyada AES-in reaktorunun fəaliyyəti su sızmasına görə dayandırılacaq
17 Sentyabr 2026 21:18   18 Sep 2026 00:44 Paylaş

Yaponiyanın "Kansai Electric Power” şirkətinin Fukuy prefekturasındakı Mihama Atom Elektrik Stansiyasının (AES) 3 nömrəli reaktorunun fəaliyyəti su sızmasına görə dayandırılacaq.

"Stabil.az" Yaponiya mediasına istinadla xəbər verir ki, su sızması tərkibində radioaktiv maddələr olmayan avadanlıqda aşkar edilib.

Şirkətin məlumatına əsasən, ətraf mühitdə radiasiya səviyyəsinin normadan artıq olması müşahidə olunmayıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol