Yaponiya vətəndaşlarının İsraildən təxliyəsinə hazırlaşır
2 Mart 2026 09:08   Paylaş

Yaponiya hökuməti vətəndaşlarını İsraildən quru yolu vasitəsilə çıxarmağı planlaşdırır.

"Stabil.az" xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Məlumata görə, Nazirlər Kabineti belə bir planın həyata keçirilməsini nəzərdən keçirir. Bu addım təxliyə olunmaq istədiyini bildirən şəxslərə şamil ediləcək.

Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqinin daha əvvəl bildirdiyinə görə, İranda təxminən 200, regionun digər ölkələrində isə ümumilikdə 7700-ə yaxın Yaponiya vətəndaşı var. Bundan əvvəl Yaponiyanın enerji şirkəti və ölkənin ən böyük mayeləşdirilmiş təbii qaz idxalçısı olan JERA-nın regiondakı əməkdaşlarını və onların ailə üzvlərini təxliyə etməyə başladığı bildirilmişdi.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol