Yaponiya Suriyanın bəzi müəssisələrinə tətbiq etdiyi sanksiyaları ləğv edib
Yaponiya hökuməti Suriyanın neft, bank və telekommunikasiya sektorlarında fəaliyyət göstərən bəzi şirkət və dövlət qurumlarına qarşı sanksiyaları aradan qaldırıb.
"Stabil.az" xəbər verir ki, bu barədə Yaponiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sanksiyaları ləğv ediləcək qurumlar arasında Suriyanın Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi də yer alıb.
Həmçinin aktivlərin dondurulmasını nəzərdə tutan sanksiyalar Syrian Petroleum Company, Syria Trading Oil Company, Commercial Bank of Syria və Syriatel şirkətlərinə qarşı da aradan qaldırılıb.
Qeyd olunub ki, müvafiq qərar "Suriyadakı vəziyyətin inkişafı və Yaponiya ilə Suriya arasındakı ikitərəfli münasibətlər nəzərə alınaraq" qəbul edilib.
Yaponiya 2025-ci ildə də Suriyaya qarşı bəzi sanksiyaları qismən ləğv edib. Həmin vaxt Industrial Bank, Popular Credit Bank, Saving Bank və Agricultural Cooperative Bank sanksiya siyahısından çıxarılıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





