Yanvarın 31-i üçün küləkli hava ilə bağlı sarı xəbərdarlıq verildi
30 Yanvar 2026 17:55   Paylaş

Milli Hidrometeorologiya Xidməti yanvarın 31-də Bakıda, Abşeron yarımadasında və bir sıra bölgələrdə küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

"Stabil.az" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sarı xəbərdarlıq Bakıda və Abşeron yarımadasında, həmçinin Salyan, Hacıqabul, Xızı, Qobustan, Şamaxı, Şəki, Oğuz, İsmayıllı, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Cəbrayıl, Gəncə, Gədəbəy, Daşkəsən, Goranboy, Naftalan və Mingəçevirdə qüvvədə olacaq.

Xidmətin məlumatına görə, cənub-qərb küləyi əsəcək və küləyin sürəti saniyədə 13.9–20.7 metr təşkil edəcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol