Yanvarın 16-da Avropada qaz qiymətləri rekord səviyyəyə çatıb
17 Yanvar 2026 10:50   17 Jan 2026 10:54 Paylaş

Ötən gün Avropada qazın qiymətində kəskin artım müşahidə olunub – hərracların bağlanışında 1000 kubmetr təbii qazın qiyməti 450 ABŞ dollarını ötüb.

"Stabil.az" “APA”ya istinadən xəbər verir ki, 16 yanvar tarixində Niderlandın “Title Transfer Facility” (TTF) indeksi üzrə fevral fyuçerslərinin qiyməti 451,6 dollar təşkil edib. Bu, öncəki hesablama qiyməti olan 398,4 dollarla müqayisədə 13,4% çoxdur.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol