Yanvarda Naxçıvanın xarici ticarət dövriyyəsi artım göstərib
Yanvar ayında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 8,8 milyon ABŞ dollarına çatıb və bu, ötən ilin müvafiq dövrünə nisbətən 19,1 % çoxdur.
"Stabil.az" bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən bildirilib.
Xarici ticarət dövriyyəsinin 1,2 milyon ABŞ dolları ixracın, 7,6 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 3,1 dəfə, idxal isə 8,4 % artıb. Nəticədə xarici ticarətdə 6,4 milyon ABŞ dolları mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 3 % azalma deməkdir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





