Yanvarda hava nəqliyyatı ilə sərnişin daşımaları 5 % artıb
Bu ilin yanvar ayında ölkədə hava nəqliyyatı vasitəsilə 318,1 min sərnişin daşınıb.
"Stabil.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni ayı ilə müqayisədə 15,1 min sərnişin və ya 5 % çoxdur.
2026-cı ildə hava yolu ilə sərnişin daşımalarının 99,9 % dövlət, 0,1 % isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 28,2 % və ya 9,5 min ton azalaraq 24,2 min ton olub.
Qeyd edək ki, 2026-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 18,3 milyon ton olub. Yüklərin 0,1 %-i hava yolu ilə daşınıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





