Yanvar iğtişaşlarında təqsirləndirilən üç nəfər İranda edam edilib
Təhlükəsizlik qüvvələrinin ölümü ilə bağlı günahkar bilinən üç şəxs yanvar iğtişaşlarında iştirak etdiyinə görə edam olunub.
"Stabil.az" bu barədə "Tasnim" agentliyinə istinadən xəbər verir.
Məlumata görə, Ali Məhkəmənin təsdiqindən sonra iki polis əməkdaşını öldürməkdə təqsirli bilinən Mehdi Qasimi, Saleh Məhəmmədi və Səid Davudi adlı məhkumların edamları Qum şəhərində icra olunub.
Qeyd edək ki, İranda inflyasiya və milli valyutanın dollara nisbətdə rekord həddə kəskin ucuzlaşması nəticəsində cari ilin yanvarında son üç ildə ən böyük etiraz aksiyaları keçirilib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





