Yanvar-fevral aylarında Azərbaycanın təbii qaz ixracı 5 faizədək artıb
17 Mart 2026 15:32   Paylaş

2026-cı ilin yanvar-fevral aylarında ölkədən 4 milyard 380,7 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz çoxdur.

"Stabil.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən təbii qazın dəyəri 17,1 faiz azalaraq 1 milyard 285,4 milyon dollar olub.

Xatırladaq ki, 2025-ci ilin yanvar-fevral aylarında isə Azərbaycandan 1 milyard 550,4 milyon dollar dəyərində yəni, 4 milyard 187,04 milyon kubmetr təbii qaz ixrac edilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol