Yanvar ayının pensiya ödənişi Azərbaycanda başa çatıb
22 Yanvar 2026 12:59   Paylaş

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu ölkə üzrə ödənişləri yekunlaşdırıb.

"Stabil.az" nazirliyə istinadən xəbər verir ki, yanvarın 13-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR-də, bu gün isə digər bölgələrdə yaşayan vətəndaşlara yanvar ayı pensiyaları və güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını müvafiq bankların bankomatları vasitəsilə bank kartları ilə əldə edə bilərlər.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol