Yanacaq çatışmazlığı Kubada sərt qənaət rejimi yaradır
Enerji böhranı ilə əlaqədar Kuba hökuməti ciddi qənaət tədbirləri tətbiq etmək barədə qərar qəbul edib.
"Stabil.az" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ötən həftə Kubaya yanacaq satan ölkələrə əlavə rüsumların tətbiq ediləcəyini açıqlayıb. Bu qərardan sonra Kubanın yanacaq təminatında ciddi problemlər yaranıb.
Kubanın Baş naziri Oskar Peres bildirib ki, bu gündən etibarən yanacaq yalnız zəruri infrastrukturun fəaliyyəti üçün istifadə olunacaq. Onun sözlərinə görə, dövlət müəssisələrində iş həftəsi dörd günə endiriləcək, şəhərlərarası qatar və avtobus reyslərinin sayı azaldılacaq, bəzi turizm obyektlərinin fəaliyyəti isə müvəqqəti dayandırılacaq.
Eyni zamanda məktəblərdə dərs saatları qısaldılacaq, universitetlərdə yarıəyani təhsil formasına keçiləcək.
Baş nazir əlavə edib ki, mövcud yanacaq ehtiyatları əsasən ölkəyə valyuta gətirən sahələrin təminatına yönəldiləcək.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





