Yaltada dron hücumu nəticəsində 17 nəfər yaralanıb
Krımın Yalta şəhərində yaşayış binasına dron zərbəsi endirilməsi nəticəsində 17 nəfər yaralanıb.
"Stabil.az" xəbər verir ki, bu barədə Krım rəhbərinin müşaviri Oleq Kryuçkov bildirib.
Onun sözlərinə görə, gecə saatlarında Ukraynaya məxsus pilotsuz uçuş aparatları Yaltaya hücum edib. PUA-lardan biri çoxmərtəbəli yaşayış binasına düşüb.
Kryuçkov əvvəlcə 13 nəfərin yaralandığını, onlardan üçünün vəziyyətinin ağır olduğunu, 6 nəfərin isə xəstəxanaya yerləşdirildiyini bildirib.
Daha sonra o, yaralıların sayının 17 nəfərə çatdığını açıqlayıb.
Ukrayna tərəfi hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





