Yalçın Rəfiyev: Yenidənqurma və bərpa prosesindən əziyyət çəkən ölkələr üçün Azərbaycan gözəl örnəkdir
21 May 2026 12:47   Paylaş

Azərbaycan nümunəsi oxşar problemdən əziyyət çəkən ölkələr üçün örnək sayıla bilər. Onun sözlərinə görə, əsas çətinliklərdən biri bərpa və yenidənqurmadan əvvəl minalardan təmizləmə prosesidir.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir” mövzusunda tədbirdə deyib.

O bildirib ki, siyasi şərait yaradılmış ola bilər, məsələn, sülh sazişi və ya atəşkəs mövcuddur. Amma ərazidə minalar olduğu üçün bərpa işlərinə başlaya və ora daxil ola bilməzsiniz. Münaqişənin sonundan bəri hər il dövlət büdcəsinin təxminən 25 faizini ayıraraq biz bir nümunə yaratmışıq. Bu, oxşar problemdən əziyyət çəkən bütün ölkələr üçün gözəl bir örnəkdir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol