Yağışlı hava ilə əlaqədar DYP-dən sürücülərə xəbərdarlıq
Dövlət Yol Polisi yağışlı hava şəraiti ilə bağlı sürücülərə müraciət ünvanlayıb.
"Stabil.az" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (DYP) xəbərdarlıq yayıb.
Bildirilib ki, xüsusilə, gecə və səhər saatlarında çiskinli hava yollarda görünüş məsafəsini məhdudlaşdırır və sürücülərə ciddi çətinliklər yaradır.
"Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu bölgələrə və paytaxta səfər edənlərin sayında artım müşahidə olunacağını nəzərə alaraq, şəxsi avtomobillə səfərə çıxan, eləcə də sərnişindaşıma fəaliyyəti göstərən sürücülərə qeyri-sabit hava şəraitində daha diqqətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir", - məlumatda qeyd olunub.
Həmçinin vurğulanıb ki, sinoptiklərin məlumatına əsasən, iyunun 28-dək davam edəcək yağışlı hava piyadaların da hərəkətində çətinliklər yaradacaq, eləcə də moped və motosiklet idarə edən şəxslər üçün əlverişsiz olacaq. Bu səbəbdən onlardan yağmurlu hava şəraitini nəzərə almaq, özlərinə və digər hərəkət iştirakçılarına təhlükə yaradan davranışlardan çəkinmək xahiş olunur.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





